Poçt markasına YENİ TARİF tətbiq edildi


Digərləri 14 İyn 2019 15:21:00 240 0

Poçt markasına YENİ TARİF tətbiq edildi

Rusiya poçtu dövriyyəyə buraxdığı poçt markasında yeni tarif tətbiq edib.

Bakı. Rusiya poçtu dövriyyəyə buraxdığı poçt markasında yeni tarif tətbiq edib. Trend-in məlumatına görə, nominal dəyəri 23 rubl olan bu orijinal poçt markasının üzərində dekorativ çərçivədə Rusiya Federasiyasının federal poçt xidməti təşkilatlarının emblemi yer alıb və 23 rubl nominalı öz əksini tapıb. Poçt markasının ölçüləri 20×27.5 mm, vərəqin ölçüsü isə 150×152.4 mm təşkil edir. Qeyd edək ki, poçt vərəqi 20 markadan ibarətdir və 2 mln 350 min tirajla tədavülə buraxılıb. Markalar isə 47 mln nüsxə ilə dövriyyədədir.