Xəzər dənizi limanlarında “rəqəmsal dəhliz”in gücləndirilməsinə başlanılıb


Digərləri 14 İyn 2019 15:16:01 249 0

Xəzər dənizi limanlarında “rəqəmsal dəhliz”in gücləndirilməsinə başlanılıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) "Xəzər Dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi" layihəsinin açılış iclası keçirilib.

Son.az xəbər verir ki, iclasda Bakı Limanının Baş direktoru Taleh Ziyadov Bakı Limanı və layihə barədə məlumat verib. 

T.Ziyadov bildirib ki, Bakı Limanının tətbiq etdiyi liman əməliyyat sistemi, sərnişinlər üçün hazırlanmış onlayn bilet sistemi, əldə olunan ISO 9001:2015 keyfiyyət, ISO 14001:2015 ətraf mühiti idarə etmə və bu il üçün nəzərdə tutulmuş EcoPorts PERS ekoloji sertifikat nümayiş etdirir ki, qurum fəaliyyətini zamanın tələbinə uyğun olaraq qurub: "ATƏT-lə bu gün təməli qoyulan və üç qardaş limanı birləşdirən layihəmiz Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən növbəti mühüm addım olacaq".

Layihə çərçivəsində Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yazılması nəzərdə tutulub.