AzerTelecom şirkətinin rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda “Digital HUB” proqramı və rəqəmsallaşmadan danışıb (FOTO)


Digərləri 14 İyn 2019 15:13:00 201 0

AzerTelecom şirkətinin rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda “Digital HUB” proqramı və rəqəmsallaşmadan danışıb (FOTO)

AzerTelecom şirkətinin rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda “Digital HUB” proqramı və rəqəmsallaşmadan danışıb

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev Bakıda keçirilmiş Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı, bu proqramın ölkənin İKT sektorunun dayanıqlı inkişafı, rəqəmsallaşma üçün yaradacağı imkanlar, eləcə də müasir şəraitdə rəqəmsal transformasiya prosesləri barəsində danışıb. Şirkətdən Trend-ə verilən məlumata görə, forum çərçivəsində təşkil olunmuş, İKT, nəqliyyat və logostika mövzularına həsr olunmuş “Əlaqələndiricilik” (Connectivity) panelində məruzəçi qismində çıxış edən Fuad Allahverdiyev AzerTelecom şirkətinin artıq 10 ildən çoxdur ki, ölkənin İKT sektorunda fəaliyyət göstərdiyini, hazırda şirkətin Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Digital HUB” proqramını icra etdiyini qeyd edib. O bildirib ki, “Digital HUB” proqramı ölkədə İKT sahəsində dayanıqlı infrastruktur quruculuğuna, telekommunikasiya sektorunun inkişafına, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasına, əlaqələndiricilik istiqamətində layihələrin icrasına və nəticədə ölkəmizin Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsinə istiqamətlənib. Fuad Allahverdiyev proqram çərçivəsində Azərbaycanla Qazaxıstan arasında Xəzərin dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə fiber-optik kabelin çəkilməsi üzrə Transxəzər magistralı layihəsinin icra ediliyini, bunun üçün iki dövlət arasında müvafiq dövlətlərarası sazişin imzalandığını və təsdiq olunduğunu qeyd edib. O “Digital HUB” proqramının ölkənin İKT sektoru ilə yanaşı qeyri-neft sektorunun digər sahələrinin də inkişafına mühüm töhfə verəcəyini, Avropa və Amerika kontentinin bura gətirilməsi və Asiyaya daşınmasına şərait yaradacağını, yeni iş yerlərinin formalaşması, qlobal İKT şirkətlərinin Azərbaycana cəlb edilməsinə səbəb olacağını, innovasiyaların tətbiqi üçün mühüm təməl olacağını qeyd edib.