Azərbaycanda xərçəng xəstələrinin sayı artır


Digərləri 14 İyn 2019 15:09:00 229 0

Azərbaycanda xərçəng xəstələrinin sayı artır

Azərbaycanda onkoloji xəstələrin ümumi sayında artım var.

Son.az sputnik.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 45 min 756, 2018-ci ildə isə bu rəqəm 48 min 685 olub.

2017-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 11 min 192, 2018-ci ildə isə 11 min 123 olub.

2017-ci ildə bu xəstələrin 5 min 415-ni kişilər, 5 min 777-ni isə qadınlar, 2018-ci ildə belə xəstələrin 5 min 468-ni kişilər, 5 min 655-ni qadınlar təşkil edib.

2017-ci illə müqayisədə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların sayında da artım olub. Belə ki, 2017-ci ildə xərçəng xəstəsi olan 0-13 yaşlı uşaqların sayı 99, ötən il isə 103 nəfər təşkil edib.

2017-ci ildə xəstə olan 14-17 yaşlı yeniyetmələrin sayı 31, 2018-ci ildə isə 21 olub. 2017-ci illə müqayisədə 18-29 yaşlı xəstə şəxslərin sayında isə azalma olub. Belə ki, 2017-ci ildə bu yaş aralığında olan onkoloji xəstə şəxslərin sayı 279, ötən il isə 243 nəfər təşkil edib.

30-34 yaşlı onkoloji xəstə şəxslər arasında da artım nəzərə çarpır. 2017-ci ildə həmin yaş aralığında olaraq onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı 250, ötən il isə 254 olub.

2017-ci illə müqayisədə 35-39 yaşda bu xəstəlikdən əziyyət çəkənlərin sayında isə azalma olub. Belə ki, həmin ildə 380, ötən il isə 366 nəfər onkoloji xəstəlikdən əziyyət çəkib.