Türkiyə klubu Qarabağ-ın müdafiəçisini istəyir


İdman 14 İyn 2019 14:43:00 228 0

Türkiyə klubu Qarabağ-ın müdafiəçisini istəyir

Türkiyənin Rizespor klubu son mövsümü Qarabağ-da keçirən Donald Gerrye ilə maraqlanır. 

Goal.az "Fotomac"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi qış trasnfer pəncərəsində Sloveniyanın Domjale komandasından heyətinə qatdığı Dario Melnyakın satılacağı təqdirdə bu keçidi reallaşdırmaq niyyətindədir.

Melnyak 2016-cı ildə icarə əsasında Neftçi-də çıxış edib. Cinah müdafiəçisi Türkiyə təmsilçisinin heyətində 16 oyuna 4 qol vurub. O, Azərbaycanın millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqibi olan Xorvatiya yığmasının heyətinə də cəlb edilib. 27 yaşlı futbolçu iyunun 8-də Uelslə seçmə oyunda ehtiyatda qaldığı halda, iyunun 11-də Tunislə yoldaşlıq görüşündə 90 dəqiqə çıxış edib. Xorvatiya Uelsi 2:1 hesabı ilə yendiyi halda, Tunisə eyni hesabla uduzub. 

Qeyd edək ki, son ölkə çempionu Qarabağ müqaviləsi başa çatan Donald Gerryenin komandada qalıb-qalmayacağını açıqlamayıb. Haitili oyunçu 2017-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinib.