Ayselin ad günündə “Nömrə 1” davası


Şou-biznes 14 İyn 2019 14:39:00 495 0

Ayselin ad günündə “Nömrə 1” davası

Bir neçə gün bundan əvvəl müğənni Aysel Əlizadənin ad günü məclisi qalmaqalsız ötüşməyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirin aparıcısı Zümrüd Bədəlovanın stilist Elnur Həsənovla bağlı çıxışı qonaqların qıcığına səbəb olub.

Belə ki, Zümrüd Elnuru "Azərbaycanda nömrə 1 olan stilist" kimi təqdim edərək salamlayıb. Bu isə ad günündə olan digər stilistlərin xoşuna gəlməyib. Daha sonra mikrofonu aparıcı- aktyor Sərxan Kərəmoğlu götürüb və Bədəlovaya söz atıb. Sərxan qeyd edib ki, onun üçün nömrə bir stilistlər başqasıdır və Zümrüdü aparıcı kimi görmür. Sərxan daha sonra başqa aparıcıların adlarını çəkərək onları peşəkar adlandırıb.

Ad günündən sonra Xalq artisti Aygün Kazımovanın stilisti Gusik Simon instaqram səhifəsində aparıcı barədə post paylaşaraq onu təhqir edib.  Simon daha sonra postunu instaqram səhifəsindən silib və yeni açıqlama yayıb:

"Səhifəmdə paylaşdığım bir neçə hekayəni sildim. Buna səbəb isə vəzifəli və hörmətli şəxslərin xahişi idi. Əlinə mikrofon alıb çox danışırsan. Dünən səni yuyub-sərdim. Kimisə reklam edirsən, ad verirsən. Sən kimsən ki, ona-buna ad verəsən. Gecə mənə mesaj yazdın, daha sonra sildin. Sən ümumi məclisdə danışığını bilərdin və kimlərisə qıcıqlandırmazdın. Bu filmin axırı hələ davam edəcək".


Xəbərə aid fotolar