Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu


Kriminal 14 İyn 2019 14:29:00 254 0

Peterburqda azərbaycanlı “qara bankirlər” tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində "qara bankirlər" yaxalanıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, tutulan cinayətkar dəstənin rəhbəri kommunal mənzildə yaşayırmış və "peşə həmkarları"ndan fərqli olaraq, nağdlaşdırmanın faizini xeyli qaldırıbmış.

Nağd pul "sifarişçilər"ə Peterburqun Liqov prospektində Moldova vətəndaşı tərəfindən verilirmiş.

Mənbəyə əsasən, iyunun 13-də iqtisadi polisin "bank" şöbəsinin əməkdaşları əldə etdikləri informasiya əsasında axtarış tədbirləri həyata keçiriblər. Nəticədə, üç nəfər Rusiya federasiyası Cinayət Məcəlləsinin 172-ci (qeyri-qanuni bank fəaliyyəti) maddəsi üzrə şübhəli bilinərək saxlanılıblar.