Yasamalda daha bir qəza - "Hyundai" dəmir arakəsməyə çırpıldı (VİDEO)


Digərləri 14 İyn 2019 14:25:28 220 0

Yasamalda daha bir qəza - "Hyundai" dəmir arakəsməyə çırpıldı (VİDEO)

Bakıda iki maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda iki maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Yasamal rayonu Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-CK-393 dövlət nömrəli "Hyundai Tucson" markalı avtomobil, eyni istiqamətdə olan 99-SH-858 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Hyundai" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar. Qeyd edək ki, bu gün Yasamal rayonunda avtomobil bazarının yaxınlğında da yol qəzası baş verib. Nəticədə 3 qadın xəsarət alıb.