Uşaq bağçasının həyətindən 30 meyit tapıldı


Dünya 14 İyn 2019 14:14:00 241 0

Uşaq bağçasının həyətindən 30 meyit tapıldı

Bir müddət əvvəl Fransanın Sen Loran Medok şəhərində yerləşən uşaq bağçasında dəhşətli hadisə baş verib. Belə ki, bağçanın həyətində oynayan uşaqlar torpağın altından insan sümükləri tapıblar.

Son.az xəbər verir ki, uşaqların əlindəki sümükləri görən tərbiyəçilər heyrət içində polis bölməsinə zəng vurublar.

Tapılan 30 insan cəsədinin tunc dövrünə aid olduğu müəyyən edilib.

Həmçinin bəlli olub ki, eramızdan əvvəl 3600-1250-ci illər ərzində bu həmin ərazidə yaşayan insanlar ölülərini yalnız bu kurqanda basdırarmışlar.