ADU-da Şairlər günü-Çin bayramı qeyd edilib (FOTO)


Digərləri 14 İyn 2019 14:00:00 233 0

ADU-da Şairlər günü-Çin bayramı qeyd edilib (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Duan-u” adlı Çin ənənəvi bayramı qeyd olunub.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Duan-u” adlı Çin ənənəvi bayramı qeyd olunub. Bu bayram Çin müəllif poeziyasının qurucusu, Çin mədəniyyətində vətənpərvərlik simvolu sayılan, Çin tarixində ilk məşhur lirik şair – Qu Yuanın xatirəsinə həsr olunub. ADU-dan Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yüksək insani duyğuları və təcrübələri ilə dolu, Çin poeziyasının unikal fəlsəfəsi haqqında danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevanın “Yaz” adlı şeirini Çin dilində oxuyub. Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen və universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bayramın yaranma tarixi və ənənələri, həmin gün keçirilmiş əjdaha-qayıq festivalı, həmçinin klassik Çin poeziyasının əsas ənənəvi növləri haqqında danışıb. Sonra ADU tələbələrinin çıxışında Qu Yuanın əsərlərindən olan “Sürgünün kədəri”, “Chu xəttləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” adlı şeirlər səslənib.