Azərbaycanda ən çox yayılan çəyirtkə növlərinin adları açıqlandı


Digərləri 14 İyn 2019 14:08:47 290 0

Azərbaycanda ən çox yayılan çəyirtkə növlərinin adları açıqlandı

Tovuz rayonunda BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatının (FAO) “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” (GCP/SEC/004/TUR) çərçivəsində təlim keçirilib.

Bakı. Tovuz rayonunda BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatının (FAO) “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” (GCP/SEC/004/TUR) çərçivəsində təlim keçirilib. Trend-in məlumatına görə, təlimdə “Çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, o cümlədən Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDS)” ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, həmçinin çəyirtkəkimilərin bioloji və ekoloji xüsusiyyətləri, eləcə də sürü əmələ gətirən çəyirtkələrin identifikasıyası barəsində iştirakçılara məlumat veriblər. Təlim zamanı çəyirtkəkimilərin 20-yə yaxın növünün sürü əmələ gətirdiyi, bunlardan Mərakeş (Dociostaurus maroccanus), İtaliya (Сalliptamus italicus) və Asiya (Locusta miqratoria) çəyirtkələrinin Azərbaycanda geniş rast gəlinən növlər olduğu iştirakçıların diqqətinə çatdırılıb. Tədbir çərçivəsində AXA-nın mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilərin müşahidəsi zamanı ASDS sistemindən istifadə” mövzusunda məruzə dinlənilib, eyni zamanda “Planşetlə formaların doldurulması” və “Doldurulmuş formaların yoxlanılması, redaktə edilməsi” mövzularında iştirakçılara praktiki məşğələlər keçirilib. “Çəyirtkələrlə mübarizədə müasir strategiya və texnologiyalardan istifadə olunması” mövzusunda çıxış edən AXA-nın məsul əməkdaşı Yaqub Cəfərov çəyirtkəkimilərə qarşı aparılan mübarizə çərçivəsində dərmanlanmanın həyata keçirilməsi qaydası və pestisid riskinin azaldılması, çəyirtkələrlə mübarizədə preventiv strategiyanın həyata keçirilməsi, eləcə də çəyirtkələr əleyhinə mübarizə zamanı UMO və ya tamhəcmli çiləmənin aparılması və pestisidlərin tətbiqi texnologiyası barəsində təlim iştirtakçılarına məlumat verib. Həmçinin, tədbir çərçivəsində çiləyicilərin kalibrlənməsi, hazırlanması və çiləmənin aparılması haqqında iştrakçılara praktiki məşğələlər keçirilib.