Maradona istefa verdi


İdman 14 İyn 2019 13:52:00 260 0

Maradona istefa verdi

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçisi olduğu Meksikanın Dorados klubundan ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə onun vəkili Matias Morla şəxsi "Twitter" hesabında məlumat verib. 58 yaşlı mütəxəssisin səhhətindəki problemlərə görə istefa verdiyi qeyd olunub. O, Maradonanın qarşıdakı günlərdə əməliyyat olunacağını bildirib.

Artıq Dorados klubu da baş məşqçinin istefa verdiyini təsdiqləyib. Klub rəhbərliyi xidmətlərinə görə argentinalı çalışdırıcıya təşəkkür edib.

Qeyd edək ki, Maradona 2018-ci ilin yayından Dorados-u çalışdırırdı.