Mikayıldan onu BİABIR EDƏN müğənniyə cavab:


Şou-biznes 14 İyn 2019 13:31:00 272 0

Mikayıldan onu BİABIR EDƏN müğənniyə cavab:

Aparıcı Mikayıl "5/5"də müğənni-bəstəkar hacı Nazim Məmmədovun barəsində söylədikləri ittihamlara cavab verib.

Müğənni efirdə aparıcını BİABIR ETDİ: ara qarışdı, məzhəb itdi - FOTO

Son.az-a danışan aparıcı, Nazimdən heç vaxt özünə qarşı soyuqluq hiss etmədiyini bildirib. Mikayıl verilişinə gəlincə, qonaqları arasında sənətkarların çoxluq təşkil etdiyini xüsusi ilə qeyd edib:

"Hacı Nazimlə dünən mən görüşmüşəm. Həmin günü axşam da verilişə gedib. 3-4 ay əvvəl də saç salonunda görüşmüşük, amma mən soyuqluğu belə hiss etməmişəm. Hacıda soyuqluq varsa mənə qarşı, bilmirəm. Çünki görüşəndə belə danışmayıb. Zaur sual verib, o da öz rəyidir, bildirib. 

Mənim verilişimdə həm yeni oxuyanlar olur, həm də kifayət qədər tanınmış, möhürünü vurmuş sənətkarlar da qonağım olur. Mən ona deyim vallah?! Mən ondan özümə qarşı bu soyuquluğu hiss etməmişəm. Düzü, Nazimlə sıx münasibətim yoxdur. Amma görəndə bir-birimizlə salamlaşırıq".


Xəbərə aid foto