PSG Barcelona-ya şans saxlamır


İdman 14 İyn 2019 13:16:00 317 0

PSG Barcelona-ya şans saxlamır

Ajax-ın kapitanı Matteys de Liqtin Barcelona-ya keçidi alınmaya bilər.

Goal.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb 19 yaşlı futbolçunun xədmətində PSGJuventus-un da maraqlı olmasıdır. Maliyyə şərtlərində rəqiblərinə uduzan Kataloniya klubunun oyunçunu almaqdan imtina edə biləcəyi deyilir. "Barsa" gənc futbolçuya illik 6 milyon təklif etdiyi halda Juventus-da bu rəqəm 10, PSG-də isə 12 milyondur. Belədə hollandiyalı müdafiəçinin La Liqa klubuna gedişi inandırıcı görünmür.

Qeyd edək ki, bir neçə gün öncə de Liqtdin 75 milyon avro qarşılığında PSG-yə keçməyə yaxın olduğu bildirilmişdi.