Vergilər naziri: "Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir"


Digərləri 14 İyn 2019 13:01:00 274 0

Vergilər naziri: "Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir"

"Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb:

"Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur".