Bakıdan Batumiyə birbaşa aviareys açılıb


Digərləri 14 İyn 2019 13:07:00 224 0

Bakıdan Batumiyə birbaşa aviareys açılıb

İyunun 14-də "Buta Airways" büdcə aviaşirkətinin Bakı-Batumi marşrutu ilə ilk aviareysini keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu marşrut şirkətin Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. "Buta Airways" artıq Bakıdan Tbilisiyə reyslərə həyata keçirir.

Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib.

Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib:

"Bakı-Batumi reysinin açılması təkcə turizm sahəsində deyil, eləcə də işgüzar sahədə sıx münasibətlərin formalaşmasına xidmət edəcək, çünki Gürcüstan investorlar üçün də çox maraqlıdır".

AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev vurğulayıb ki, yeni reysin açılması mühüm hadisədir:


Xəbərə aid fotolar