Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi


Digərləri 14 İyn 2019 12:36:00 246 0

Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə dərs proqramlarının vaxtından əvvəl bitməsi səbəbindən tədrisin mayın 31-də başa çatması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Bakı. İlhamə İsabalayeva - Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə dərs proqramlarının vaxtından əvvəl bitməsi səbəbindən tədrisin mayın 31-də başa çatması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Trend-in məlumatına görə, C.Bayramov deyib ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmi möqeyi dəfələrlə açıqlanıb. O əlavə edib ki, 2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-də bitir. Nazirin sözlərinə görə, artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır: "Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin. Onu da qeyd edim ki, dərs ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb".