“Xəzər”dən AzTVyə keçdi


Şou-biznes 14 İyn 2019 12:29:00 503 0

“Xəzər”dən AzTVyə keçdi

Uzun illər efirlərdən uzaq gəzən, daha sonra Xəzər TV-də tamaşaçı qarşısına çıxan aparıcı Aydan Axundova fəaliyyətini başqa kanalda davam etdirəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu dəfə AzTV-də efirə çıxacaq.

Aydan "Sözüm var" səhər şousunun aparıcısı olacaq. Proqramın ilk bölümü bu bazar günü yayımlanacaq, ilk qonaq isə Əməkdar artist Röya Ayxandır.