Qarabağ sabiq Real-lını transfer edir


İdman 14 İyn 2019 12:13:00 288 0

Qarabağ sabiq Real-lını transfer edir

Qarabağ-ın ilk əcnəbi transferi İspaniyadan olacaq.

Goal.az xəbər verir ki, Ağdam klubu Jayme Romero Qomesi heyətinə qatmağa hazırlaşır. 28 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu 2017-ci ildə Osasuna-dan İspaniya Sequndas?nda çıxış edən Cordoba-ya 500 min avroya transfer olunub. O, bir neçə gün əvvəl yollarını ayırdığı komandanın heyətində son mövsümdə 32 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Jayme Romero həmçinin Albasete, Udinese, Bari, Granada, Orduspor, Lugo klublarında və Real-ın B komandasında forma geyinib.