Bakı metrosunda intihara cəhd
Kriminal 14 İyn 2019 11:51:00 264 0
Dünən axşam saatlarında "Bakı Metropoliteni"nin "Elmlər Akademiyası" stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.
Son.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.
Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb.
Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.
Mənbə: milli.az