Ata 5 uşağını öldürdü


Dünya 14 İyn 2019 11:44:00 228 0

Ata 5 uşağını öldürdü

5 övladını öldürən ataya ölüm hökmü verilib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da 5 uşağını öldürən 37 yaşlı kişi edam olunacaq.

Cənubi Karolina ştatında yaşayan 37 yaşlı Timothy Jones əvvəlcə böyük oğlunu, bir neçə saat sonra isə digər 4 övladını qətlə yetirib.

Timothy Jones böyük oğlunu evdəki elektrik yuvasını qırdığına görə öldürüb. O, uşaq haldan düşüb ölənə qədər ona idman etdirib.


Xəbərə aid fotolar