"Azərbaycanda futbola sevgi yoxdur"


İdman 14 İyn 2019 11:14:00 213 0

"Azərbaycanda futbola sevgi yoxdur"

"Səbail"in qapıçısı Aleksandr Rıbka Ukraynada "Bombardir" YouTube kanalına müsahibə verib.

 Goal.az xəbər verir ki, qolkiper Azərbaycan futbolu ilə bağlı danışıb və bildirib ki, ölkədə futbol sevgisi yoxdu.

"Azərbaycanda hər şey var, amma fikrimcə, futbola çox az adam gedir. Orada hamı bu barədə danışır. Premyer Liqada orta səviyyəli oyunlarda cəmi 1000 nəfər tamaşaçı olur. Bu isə Ukrayna ilə müqayisədə də azdır. Orada futbola xüsusi sevgi yoxdur. Bütün çempionat oyunları, Qəbələ istisna olmaqla, demək olar ki, bir şəhərdə keçirilir. Düzdür, Sumqayıtda da komanda var, amma ora paytaxtdan 30-40 km aralıdadır və maşınla yarım saata çatmaq olar".