Ceyhun Bayramov: "Müəllim hazırlığında internatura modelinə keçid əsas hədəflərdəndir"


Digərləri 14 İyn 2019 11:09:00 225 0

Ceyhun Bayramov: "Müəllim hazırlığında internatura modelinə keçid əsas hədəflərdəndir"

"Müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində "təhsil-tədqiqat-innovasiya" formatında inkişafın təşviqi olacaq. Bu baxımdan, bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, "təhsil-elm-istehsal" əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

C.Bayramov deyib ki, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.