Galatasaray-dan Arda Turana sürpriz təklif


İdman 14 İyn 2019 10:50:00 249 0

Galatasaray-dan Arda Turana sürpriz təklif

Türkiyə Super Liqasında mövsümü çempion kimi tamamlayan Galatasaray transfer çalışmalarını davam etdirir,

Goal.az xəbər verir ki, Şener Özbayraklını tibii yoxlamadan keçirən "cim-bom", Babellə də razılıq əldə edib. Galatasaray-ın son bombası isə Arda Turandır. "Sarı-qırmızılar" İspaniya mediasında çıxan xəbərlərin ardından Ardaya sürpriz təklif ediblər. Futbolçunun da keçmiş klubuna dönmək istədiyi bildirilir. "Spor" qəzetinin yazdığına görə, Transferin gerçəkləşməsinə yeganə əngəl Barcelona-dakı sərbəst qalma məbləğidir. Klubun futbolçunu bu məbləği özü ödəyəcəyi halda heyətinə qatacağı gözlənilir.

Ardanın hazırda icarə əsasında çıxış etdiyi Başakşehir-in keçidə əngəl olmayacağı, transferdən isə hissə gözlədiyi qeyd olunub.

32 yaşlı futbolçunun Barcelona ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.