Bakıda yol qəzasında 3 qadın xəsarət alıb


Digərləri 14 İyn 2019 11:04:41 184 0

Bakıda yol qəzasında 3 qadın xəsarət alıb

Yasamal rayonunda baş verən yol qəzasında 3 qadın xəsarət alıb.

Bakı. İlhamə Isabalayeva - Yasamal rayonunda baş verən yol qəzasında 3 qadın xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda (Avtomobil bazarının yaxınlığında) baş verən qəzada 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların müayinələri davam edir.