AQTA enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirdi


Digərləri 14 İyn 2019 10:29:00 47 0

AQTA enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirdi

Enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.

Son.az xəbər verir ki, enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün "Enerji içkilərinə dair sanitariya norma və qaydaları" qəbul edilib.

AQTA-dan Trend-ə bildirilib ki, "Enerji içkilərinə dair sanitariya norma və qaydaları" bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir.

"Enerji içkilərinə dair sanitariya norma və qaydaları"na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır.


Xəbərə aid fotolar

Məşhur aktyor sevgilisi ilə görüşə çıxdı, kolluqda yuxuya getdi like
  • 14 İyn 10:24  
Digərləri Məşhur aktyor sevgilisi ilə görüşə çıxdı, kolluqda yuxuya getdi

Məşhur aktyor Deniel Redkliff Nyu-Yorkda sevgilisi ilə görüşə çıxıb.

arrow Ətraflı
"Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMFin Ali Qarabağ Mükafatına layiq görulüb like
  • 14 İyn 10:21  
Kriminal "Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMFin Ali Qarabağ Mükafatına layiq görulüb

Druskininkay şəhəri Gənclik Mərkəzində ilk dəfə olaraq "Sonsuz Də

arrow Ətraflı
İstanbulda nəqliyyatın hərəkəti iflic oldu - SƏBƏB? like
  • 14 İyn 10:15  
Digərləri İstanbulda nəqliyyatın hərəkəti iflic oldu - SƏBƏB?

İstanbulda nəqliyyatın hərəkətində problem yaranıb.

arrow Ətraflı
Aparıcı spirtli içkidən komaya düşdü like
  • 14 İyn 10:14  
Digərləri Aparıcı spirtli içkidən komaya düşdü

Rusiyalı keçmiş aparıcı Mixail Rolnik komaya düşüb.

arrow Ətraflı
Samsung Galaxy A70  32 meqapikselli kameranın ideal selfilərini dəyərləndirin! like
  • 14 İyn 10:10  
Digərləri Samsung Galaxy A70 32 meqapikselli kameranın ideal selfilərini dəyərləndirin!

Galaxy A50-nin ekranı sizə olduqca geniş görünürdüsə, o zaman Galaxy A7

arrow Ətraflı
"Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb (FOTO) like
  • 14 İyn 10:10  
Digərləri "Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb (FOTO)

Druskininkay şəhəri Gənclik Mərkəzində ilk dəfə olaraq "Sonsuz Dəhliz"

arrow Ətraflı
Konçita yeni obrazı ilə təəccübləndirdi like
  • 14 İyn 10:07  
Digərləri Konçita yeni obrazı ilə təəccübləndirdi

Avstriyalı müğənni, "Avroviziya-2014" musiqi müsabiqəsinin qalib

arrow Ətraflı
Maştağada 1 tondan artıq çətənə kollarının əkildiyi narkoplantasiya aşkar edilib (FOTO) like
  • 14 İyn 10:05  
Digərləri Maştağada 1 tondan artıq çətənə kollarının əkildiyi narkoplantasiya aşkar edilib (FOTO)

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən nar

arrow Ətraflı
Xırdalanda gecə motosiklet qəza törətdi like
  • 14 İyn 10:04  
Digərləri Xırdalanda gecə motosiklet qəza törətdi

Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"British School in Baku" yeni “Foundation Proqramını” təqdim edir (FOTO) like
  • 14 İyn 10:00  
Digərləri "British School in Baku" yeni “Foundation Proqramını” təqdim edir (FOTO)

Bakıda Britaniya Məktəbi sonuncu sinfə keçən şagirdlər üçün unikal im

arrow Ətraflı
"Mən evdə xoruz, çöldə fərəyəm" like
  • 14 İyn 09:59  
Şou-biznes "Mən evdə xoruz, çöldə fərəyəm"

"Hansı müğənni evdə xoruz, çöldə fərədir?"

arrow Ətraflı
Ermənilər iriçaplı pulemyotlarla atəş açdı like
  • 14 İyn 09:54  
Digərləri Ermənilər iriçaplı pulemyotlarla atəş açdı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Ceyhun Bayramov: Müəllim hazırlığında internatura modelinə keçid əsas hədəflərdəndir like
  • 14 İyn 09:53  
Digərləri Ceyhun Bayramov: Müəllim hazırlığında internatura modelinə keçid əsas hədəflərdəndir

Keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləş

arrow Ətraflı