"Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb (FOTO)


Digərləri 14 İyn 2019 10:10:00 195 0

"Sonsuz Dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görulüb (FOTO)

Druskininkay şəhəri Gənclik Mərkəzində ilk dəfə olaraq "Sonsuz Dəhliz" sənədli filminin nümayişi keçirilib və filmi ərsəyə gətirənlər "Qarabağ" ali mükafatı ilə təltif olunub.

Bakı. Druskininkay şəhəri Gənclik Mərkəzində ilk dəfə olaraq "Sonsuz Dəhliz" sənədli filminin nümayişi keçirilib və filmin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatı ilə təltif olunub. Trend-in məlumatına görə, tədbirdə filmin baş qəhrəmanı Riçardas Lapaytis, baş prodüser və rejissor Aleksandr Brokas, nümayişin təşkilatçıları, qonaqlar, jurnalistlər və tələbələrlə birlikdə ümumilikdə 100 nəfər iştirak edib. Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Druskininkay şəhər Polisi və Druskininkay Gənclik Mərkəzidir. BAMF-in Litvadakı nümayəndəsi, hərbi jurnalist Riçardas Lapaytis bütün qonaqları salamlayıb və “Sonsuz Dəhliz” sənədli filminin həsr olunduğu Xocalı faciəsinin qurbanlarını ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edib. "Sonsuz Dəhliz" filmi bütün dünyada və beynəlxalq kinofestivallarda tanınsa da, film Litvanın cənubunda ilk dəfə nümayiş olunur. Xocalı Soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir. Bütün Xocalı sakinləri doğma evlərindən və əmlaklarından məhrum ediliblər. Şəhərin hələ də işğal altında olmasına baxmayaraq, indiyədək Xocalı əhalisinin qatillərindən heç biri cəzalandırılmayıb və onlar yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyır”. Səhnədə çıxışı zamanı filmin baş prodüseri və rejissoru Aleksandr Brokas bildirib ki, film Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə və günahsız insanların qətlə yetirilməsindən bəhs edir. "Filmin əsas süjet xəttini sağ qalmış insanların verdiyi ifadələr, hərbçilərin və hadisə şahidlərinin danışdıqları təşkil edir. 14-dən çox ölkənin operatorları tərəfindən çəkilmiş film, 4 ildən artıq müddətə ərsəyə gətirilib. "Sonsuz Dəhliz" filmini ingilis dilində məşhur britaniyalı aktyor, Oscar mükafatı sahibi Ceremy Ayrons səsləndirib. İnanın ki, Ayrons bu filmə gərgin əmək sərf edib və hətta bir vergülə belə böyük diqqətlə yanaşıb. Bu gün "Sonsuz Dəhliz" filminin Druskininkay şəhərində göstərildiyi üçün çox şadam. Film çəkilişlərinə verdiyi töhfəyə görə Riçardasa bir daha təşəkkür edirəm". Bir çox respublika müsabiqəsinin qalibləri olan Lazdi "Jingsnyay" (Žingsniai) İncəsənət Məktəbinin akkordionçu və saksafonçularından ibarət ansambl kompozisiya ilə çıxış edib. Daha sonra hamının maraqla gözlədiyi "Sonsuz Dəhliz" filmi nümayiş olunub. Erməni və Sovet silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız azərbaycanlıların acı iztirablarını izləyən tamaşaçılar gözyaşlarına hakim ola bilməyiblər. Tədbirin təşkilatçılarından biri olan BAMF-in prezidenti Umud Mirzəyev öz çıxışında, hadisələrin canlı şahidi kimi yaşanmışları ekranda yenidən görməyin çox çətin olduğunu bildirib.