FHN Oğuzdakı qəza ilə bağlı məlumat yayıb


Digərləri 14 İyn 2019 09:51:00 225 0

FHN Oğuzdakı qəza ilə bağlı məlumat yayıb

Oğuz rayonunun Bayan kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Bakı. Oğuz rayonunun Bayan kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.