Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxanaları əsaslı təmir edilir


Digərləri 14 İyn 2019 09:37:22 211 0

Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxanaları əsaslı təmir edilir

Dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.

Bakı. İlhamə İsabalayeva - Dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaradıb. Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər.