Xırdalanda gecə motosiklet qəza törətdi - 20 yaşlı qız dünyasını dəyişdi


Digərləri 14 İyn 2019 09:38:57 220 0

Xırdalanda gecə motosiklet qəza törətdi - 20 yaşlı qız dünyasını dəyişdi

Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Ötən gecə Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Motosikletin qəza dörədməsi nəticəsində 1999-cu il təvəllüdlü Nuray Etibar qızı dünyasını dəyişib. Qəzada daha iki nəfər xəsarət alıb. Onlar 2005-ci il təvəllüdlü Fərəczadə Ramal Ramil oğlu və 1996-cı il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğludur.