Bakıda iş adamını öz maşınında güllələdilər YENİLƏNİB FOTO


Kriminal 14 İyn 2019 08:40:00 283 0

Bakıda iş adamını öz maşınında güllələdilər  YENİLƏNİB  FOTO

08:43

Məmmədov Ramiz Hümbət oğlunun güllələnərək qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Belə ki, R.Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla öldürülüb.

Son.az oxu.az-a istinadən bildirir ki, hazırda Sabunçu Rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsində müayinələr aparır. Ərazidən cinayətdə istifadə olunan odlu silahın gilizi aşkar edilib.

"Hozu" ləqəbli Ramiz Məmmədovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 84 və 113 saylı marşrut xəttinin sahibi olduğu bildirilir.

---------

03:33

Bakının Sabunçu rayonunda silahlı insident olub.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Zabrat yolu, Şəhər şossesində baş verib.


Xəbərə aid fotolar