Tramp: "O, inanılmaz bir iş görmüş qeyriadi istedada malik xüsusi bir insandır!"


Dünya 14 İyn 2019 08:42:00 219 0

Tramp: "O, inanılmaz bir iş görmüş qeyriadi istedada malik xüsusi bir insandır!"

Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp yazıb: "O, inanılmaz bir iş görmüş qeyri-adi istedada malik xüsusi bir insandır! Ümidvaram ki, Arkanzasın qubernatoru üçün öz namizədliyini irəli sürəcək".

Qeyd edək ki, S.Sanders 2017-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışıb.