İsrail HHQ Qəzzadakı silahların bazasına hücum edib


Dünya 14 İyn 2019 08:38:00 185 0

İsrail HHQ Qəzzadakı silahların bazasına hücum edib

İsrailin hava qüvvələri Fələstin tərəfinin raket hücumlarından sonra Qəzza zolağındakı silahlıların bazasına hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə "Həmas" hərəkatının hərbiləşdirilmiş birləşmələri tərəfindən istifadə olunan "Tunis" obyektinə ən az iki dəfə zərbə endirib.

İtkilər barədə məlumat və İsrail tərəfindən şərh verilməyib.