Salvadorda polisə qarşı terror təşkil edən quldur saxlanılıb


Dünya 14 İyn 2019 07:55:00 228 0

Salvadorda polisə qarşı terror təşkil edən quldur saxlanılıb

Salvadorda polis əməkdaşılarına qarşı terror təşkil edən "Mara Salvatrucha" güclü cinayətkar qrupunun liderlərindən biri saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "Prensa Grafica" portalı xəbər verib.

Məlumata əsasən, 24 yaşlı Ulyam Aleksandr Monterros San Salvador departamentində ən az dörd polis əməkdaşının öldürülməsini təşkil etməkdə ittiham olunur.

Ümumilikdə ilin əvvəlindən Salvadorda 23 polis vətəndaşı öldürülüb.