“Bizim işdə böyük məbləğlərdən söhbət gedir” Peşə FOTO


Digərləri 14 İyn 2019 07:14:00 323 0

“Bizim işdə böyük məbləğlərdən söhbət gedir”  Peşə  FOTO

Asəf Baxşıyev: "Müştəri ilə dəfələrlə görüşürük, nəyi bəyənib-bəyənmədiyini müəyyənləşdiririk" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Universiteti bitirəndən sonra öz sahəsi üzrə iş axtarır, amma cəhdləri nəticəsiz qalır. Bir müddət sonra artıq fərqli sektorlara baş vurmağa, özünə uyğun bir sahə seçmək üçün axtarışlara başlayır. Turizm, sığorta və s. sahələri öyrənir, lakin sonda özünə uyğun interyer dizaynını görür. Müsahibimiz interyer dizayner Asəf Baxşıyevdir.

- Asəf bəy, təhsiliniz dizayn sahəsindədir?

- Yox, mən Azərbaycan Texniki Universitetində biznesin təşkili və idarə edilməsi üzrə təhsil almışam. Dizayn sahəsində sonradan yönəlmişəm.

- İkinci kursdan çalışmağa başlayıbsınız. İşləməyinizin səbəbi nə idi? Və öz ixtisasınız üzrə işləyirdiniz?

- Bir çox tələbələr kimi maddi cəhətdən özümü təmin etmək istəyirdim, ona görə, ikinci kursda oxuyanda işləmək qərarı verdim. Yox, ixtisasım üzrə çalışmadım, mühasib köməkçisi kimi işə başladım. Niyə mühasib? Çünki bizim nəsildə mühasib çoxdur, ona görə, mühasib köməkçisi kimi işə başlamağı təklif etdilər. Bir neçə il mən də o istiqamətdə işlədim, anbardar, sonra mühasib oldum. Universiteti bitirən ərəfələrdə işdən çıxdım, bir müddət iş tapmaq çətin oldu.

- Öz ixtisasınız üzrə iş axtarırdınız?

- İş axtardığım ilk dövrlərdə öz ixtisasıma uyğun olmasına fikir verirdim. Sonra gördüm ki, təcrübən olmadığı halda, kiminsə sənə menecer işi təklif etməsi bir az bizdə çətin məsələdir. Axtarışlarımız bir ildən artıq nəticəsiz qaldı, ona görə, alternativ işlərə baxmağa başladıq. Oteldə gecə meneceri vəzifəsinə belə, müraciət etmişdim, sadəcə, alınmırdı.

- Hansı keyfiyyətlərlə özünüzü təqdim edirdiniz? Çünki ilkin işə alma zamanı belə nüanslara fikir verirlər...

- Azərbaycan, rus dillərini səlis bilirdim. İngilis dilim də kifayət qədər yaxşı idi, 3 dəfə rayon üzrə ingilis dilində olimpiada çempionu olmuşdum. 9-cu sinifdən kompüterlə işləyirəm, bütün ofis proqramlarını bilirdim. İşə başlamaq üçün lazım olan biliklər var idi.   - Bəs işə götürməməklərinin səbəbi nə idi?

- O vaxtı mən həm də boksla məşğul olurdum, idmançı görünüşünə sahib idim. Görünüşümə görə ofis işi təklif edən olmurdu. İngilis, rus dili biliyimə görə çağırırdılar, amma görünüşümə görə mühafizə işinə götürmək istəyirdilər, amma mən də o sahədə çalışmaq istəmirdim.

- Bəs dizayn sahəsinə gəlməyiniz necə oldu?

- İl yarım işsiz qaldığım dövr mənə çox böyük təsir göstərdi. Başa düşdüm ki, əgər seçim idman sahəsi deyilsə, idmanı saxlamaq lazımdır. İdmanı saxladım, idmançı kimi görünməmək üçün sürətlə çəki itirməyə çalışdım. Sonra mənim üçün maraqlı olacaq sahə seçmək üçün axtarışa başladım, müxtəlif sahələr üzrə araşdırma apardım, bir növ özümü hansı sahədə tapa biləcəyimə baxırdım. Düzdür, müəyyən yaş dövründə idim, özüm də pul qazanmalıydım, amma yenə də elə seçim etməli idim ki, bir müddət sonra fikrimdən daşınmayım. Bir az sığorta, bir az turizmə baxdım və başa düşdüm ki, mənim işim rəqəmsal və kompüter üzərindən olmalıdır. İki il yarım mühasib işlədiyim üçün bilirdim ki, kağızlarla, rəqəmlərlə işləmək mənlik deyil. Sərbəst iş axtarırdım. Belə-belə, dizayn sahəsi ilə tanış oldum. O vaxt dizayn mənim üçün qaranlıq sahə idi, maraqlandım, hansı növünün mənə uyğun olduğunu müəyyənləşdirməyə çalışdım. Daha perspektivli interyer dizaynı göründü və bu sahəni seçdim. Yəni bu sənəti sevib gəlməmişəm, sadəcə, perspektivinə görə seçdim, sonra perspektivindən çox, zövqlü olduğunu gördüm. Ona görə, bu işi biznes yox, hobbi kimi görürəm.

- Bu sahənin tam sizə uyğun olduğunu nə zaman anladınız?

- Mən rəqəmsal istiqamətlə başladım, yəni tikinti prosesində iştirak etmirdim. Rəqəmsal interyerlər yaradırdım. Realda boş görünən hansısa bir evi, otağın təmirini xəyal etdiyin kimi kompüterdə dizayn edirsən, nəticəni əvvəldən görürsən, hansısa rəng tutumu xoşuna gəlmirsə, yerini dəyişirsən. Bir müddət işləyəndən sonra bu sahəyə vuruldum.

- Bəs nə vaxt bu sahədə iş qurmaq qərarına gəldiniz?


Xəbərə aid fotolar