Gündə iki stəkan çay içmək... İÇDİYİMİZ ÇAYIN BİLMƏDİYİMİZ FAYDALARI


Digərləri 14 İyn 2019 07:00:00 310 0

Gündə iki stəkan çay içmək...  İÇDİYİMİZ ÇAYIN BİLMƏDİYİMİZ FAYDALARI

Çay Şərq cəmiyyətlərinin vazkeçilməz içkisidir. Xüsusən də Azərbaycanda çay içmək həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, zaman-zaman çayın faydaları və ziyanı barədə müzakirələr aparılıb. Bu yaxınlarda isə alimlər çayın bu günə qədər bilinməyən yeni faydalarını aşkar ediblər.

Çayın tərkibindəki polifenol və kateşinlər bəzi xərçəng növlərinin qarşısını alır.

Bundan başqa çayın tərkibindəki polifenol DNA xəstəliklərinin qarşısını alır.

Çay qarın bölgəsində yaranan yağlanmanın qarşısını alır.

Gündə ən azı 2 stəkan çay içmək stres hormonu olan kortizolun miqdarını azaldır.

Çayın tərkibindəki fito kimyəvi maddələr sümüklərə faydalıdır və sümük qalınlığını artırır.