"Evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar" FOTO


Kriminal 14 İyn 2019 03:30:00 285 0

"Evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar"  FOTO

Ruhiyyə Yəhyayeva: Aktrisalar daha gözəl həyat yoldaşı, ana, bacı, qadın ola bilirlər

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, bu sənət üçün doğulub. Daha çox dram janrının qəhrəman qadını olmağı istədiyi halda, onun qismətinə televiziya seriallarında komediya obrazları düşüb. 4 il İrəvan Dövlət Azərbaycan Dram Teatrında irili-xırdalı bir çox obrazlara can verib. Hər dəfə onu fərqli amplualarda, müxtəlif səpkili rollarda görmüşük. Bu dəfə isə Xəzər televiziyasının reytinqli seriallarından olan "Xalxın evi"ndə Mirvari obrazında görürük. Müsahibimiz aktrisa, pedaqoq Ruhiyyə Yəhyayevadır. Serialda Mirvari həyat yoldaşı Xoşbəxtin bir növ xoşbəxtliyini əlindən alır, bir çoxları isə onu Xoşbəxtin xoşbəxtlik simvolu kimi qiymətləndirir. Mirvari evin kişisi missiyasını yerinə yetirir. Evin kişisi Xoşbəxt isə yemək bişirir, evləri təmizləyir, qızına evdar xanım olmağın sirlərindən danışır. Ruhiyyə xanımın Mirvari obrazı cəmiyyətdə heç də birmənalı qarşılanmır. Biz də sevilən aktrisa Ruhiyyə Yəhyayeva ilə görüşdük, onun canlandırdığı obrazın cəmiyyətdəki əks-sədasından danışdıq.   - Ruhiyyə xanım, ilk dəfə Mirvari obrazına təklif aldıqda, tərəddüd etdiyiniz məqamlar oldumu?

- Sevdiyim peşə ilə məşğulam. Əgər bu sənətdə xoşbəxtəmsə, təklif olunan obrazları geri çevirməməyə çalışıram. O zaman roldan imtina edərəm ki, onu çəkən rejissor, komanda heyəti qeyri-peşəkar olsun. Əks təqdirdə, mənə təklif edilən bütün maraqlı obrazları canlandırıram. "Xalxın evi" serialı yaradıcılığımda xüsusi bir yer tutur. Çünki bu mənim üçün heç də "xalx" deyil, elə doğma insanlardan ibarət bir komanda heyətidir.    - Həyatda Mirvari kimi xanımlarla rastlaşmısınızmı?

- Təəssüf ki, qarşılaşıram. Mirvari kimi xanımların evdə başçılıq etməsində günahı kişilərin zəifliyində görürəm. Əgər evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar. Kişi evi idarə etməyəndə, istənilən bir mövzuda zəiflik göstərəndə, bütün yüklər qadının çiyinlərinə düşür. İstər-istəməz, evin xanımı qadınlıqdan çıxır, kobudlaşır, kişiləşir və evdə kişi rolunu oynamağa başlayır.    - Siz Mirvarinin yerində olsaydınız, necə hərəkət edərdiniz?

- Mirvarinin yerində olmağı heç istəməzdim. Mirvarini həyat buna məcbur edir. Bir kişi ki evdə oturub həyat yoldaşına "qabları yuyummu?", "yemək bişirimmi?" deyir, o kişinin yeri ancaq mətbəxdir. Belə olduğu halda, qadın məcburdur ki, evə başçılıq etsin.    - Ancaq bir çox xanımlar özlərini Mirvari obrazında görüb, bununla fəxr edirlər.

- Mənim müşahidəmə görə, bu serial bəzi kişilər tərəfindən sevilmir. Hesab edirəm ki, onlar burada özlərini gördükləri üçün serialı sevə bilmirlər. Elə ailələr var ki, həqiqətən bu, kişiləri qıcıqlandırır və obrazı söyməyə başlayırlar. Mirvariyə də "belə qadınmı olar?" - deyə rişxənd edirlər. Ancaq həyatda o qədər xanımlar olub ki, mənə yaxınlaşaraq "siz eynən bizi canlandırmısınız" deyərək özləri ilə öyünürlər. Elə xanımlarla rastlaşanda içim acıyır və onların gözlərində taleyi ilə barışmış Mirvariləri görürəm.

- Bəzən insan nəyi daha çox təbliğ etməyə çalışırsa, özü də onu mənimsəməyə başlayır. Sizin xasiyyətinizdə mirvariləşmə gedirmi?

- (Gülürük) Bir az olur. Bəzən hansısa məqamda özümü unuduram, o zaman anam və  yoldaşım mənə xəbərdarlıq edir ki, "sən Mirvari deyilsən". Mən ev işləri görəndə bir az kobud hərəkət edirəm. Anam yarızarafat deyir ki, sən elə öz yerini tapmısan. Səs tonum bir az yüksək olanda, yoldaşım "sən evdəsən, bura çəkiliş meydançası deyil" - deyərək xəbərdarlıq edir.    - Mirvari, nə olursa-olsun, hər zaman qayınatasına qarşı böyük hörmətlə yanaşır. Onun mənfi xüsusiyyətləri olsa da, müsbət xüsusiyyətləri də az deyil.

- Mirvari qadındır. İstənilən qadın həyatda nə qədər kobud, hay-küylü olsa da, onun daxilində kövrək, zərif bir insan var. Elə qadınlar olur ki, ömrü boyu susur, dözür, yaşadığı hadisələr qarşısında səsini çıxarmır və günün birində içində olan o qəzəbi, kini üsyan edərcəsinə büruzə verir. İllərdir daşıdığı yükü kobudcasına bildirəndə, bu, kənar insanlar tərəfindən çox pis qarşılanır. Belə olan halda, qadın zərifliyini unudur və məcbur olur ki, çiyinlərinə ağır yük götürsün, çevrəsindəki insanlara qarşı kobud davransın. Əslində Mirvari o qədər məzlumdur ki...   - Ruhiyyə ilə Mirvarini bir-birinə bağlayan ortaq xüsusiyyət varmı?


Xəbərə aid fotolar