Uşaqlar üçün faydalı tətil necə olmalıdır?


Digərləri 14 İyn 2019 02:30:00 263 0

Uşaqlar üçün faydalı tətil necə olmalıdır?

Tətil vaxtları, əsasən, məktəb dövrünün məsuliyyətindən uzaqlaşmaq, rahatlamaq və gözəl zaman keçirmək olaraq başa düşülür. Fərqli planlar olsa da, əsasən, sonrakı günlərdə sıxılmaq və səmərəsiz işlərlə vaxt keçirməyə çevrilmək riski də daşıyır. Tətil bir fürsətdir, bu unudulmamalıdır. Ailələrin münasibətlərini və uşaqların inkişafını izləmək üçün vacib zaman aralığıdır.

Bir çox ailə məktəb dövründəki sıx rejimlə bağlı çətinliklərin tətildə azaldığını, uşaqlarının inkişafını müşahidə edir, tətildə uşaqları üçün faydalı sistem yaratmaqda, üstəlik, bunu idarə etməkdə çətinlik çəkirlər. Bəzi ailələr uşaqlarının məktəb dövründəki kimi dərs çalışmasını gözləyərkən, bəziləri isə sərbəstliyinə icazə verirlər.    Son.az bağçam.az-a istinadən tətil üçün bir sıra tövsiyələri təqdim edir:

1. Tətil, xüsusən də oxumaq-yazmaq bilən uşaqlar üçün yeni informasiyalar əldə etməyin qapılarını açır. Bütün uşaqlar bu dövrdə sistemli şəkildə kitab oxumalıdır. Hər gün rahat olduqları bir vaxtı kitab oxumağa ayırmaq lazımdır.

2. Maraqlandıqları mövzuları, dünyagörüşlərini, ifadə bacarığını bu üsulla inkişaf etdirə bilərlər. Bundan əlavə, muzeylər, incəsənət qalereyalarına getmək, yeni yerlər görmək üçün səyahətlər təşkil etmək olar.

3. Tramvay, təyyarə, gəmi kimi az istifadə etdikləri nəqliyyat vasitələri ilə səyahət etmək onlar üçün fərqli baxış bucağı kəşf etməyə kömək edəcək. Səyahət üçün planlanan yerlərin tarixi və təbii xüsusiyyətləri araşdırılaraq dünyagörüşü üçün yeni baza formalaşdıra bilər.

4. İdman yazın ən önəmli ünsürlərindəndir. Standart həyatın içində artan texnologiya bağlılığı uşaqları idmandan uzaqlaşdırır. Hər ailə övladının müəyyən idman növündə uğurlu olmasını istəyər. Yaş periodları və maraqlarına görə seçdikləri idman növü də dəyişir.