Suriyanın Hələb şəhəri və iki vilayəti atəşə tutulub


Digərləri 14 İyn 2019 01:20:00 212 0

Suriyanın Hələb şəhəri və iki vilayəti atəşə tutulub

Suriyanın Xama və Latakiya vilayətlərində, eləcə də Hələb şəhərində qeyri-qanuni silahlı qruplar tərəfindən atəşkəsin pozulması qeydə alınıb

Bakı. Suriyanın Xama və Latakiya vilayətlərində, eləcə də Hələb şəhərində qeyri-qanuni silahlı qruplar tərəfindən atəşkəsin pozulması qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib. V.Kupçişin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Şmaysa, Qastal-Əl-Borc, Nəxşebba, Ayn-Əl-Kantara və Mamuxiya yaşayış məntəqələrini, Xama vilayətinin Xamamiyat (iki dəfə), Suran, Şeyx-Xadit, Qara-Curn yaşayış məntəqələrini, həmçinin Hələb şəhərinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutublar".