Azərbaycan nefti ucuzlaşır


Digərləri 13 İyn 2019 23:40:00 181 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 63,2 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,81 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,75 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,82 dollar/barel azdır.