Ürəyi qoruyan ən yaxşı vasitə


Digərləri 13 İyn 2019 23:21:00 190 0

Ürəyi qoruyan ən yaxşı vasitə

ABŞ alimləri geniş əhatəli araşdırma nətiocəsində ürək-damar sistemini ən yaxşı qoruyan vasitəni təyin ediblər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunub.

Alimlərin fikrinə görə, ürək və damarlar üçün ən qiymətli və faydalı məhsul qozdur.

Mütəxəssislər qozu hətta "sağlamlıq kapsulları" adılandırıb. Qoz xolesterinin səviyyəsini aşağı salır və həmçininürək-damar sistemi sağlamlığının digər markerlərinə müsbət təsir edir.

Alimlər qeyd edir ki, gün ərzində 2-4 qoz ləpəsinin istehlakı insult və işemiya xəstəliyinin riskini azaldır, yaddaş və beyinin vəziyyətini yaxşılaşdırır, həyatı uzadır.