Eyvanda paltar qurutmayın Allergiyası olanların diqqətinə


Digərləri 13 İyn 2019 23:12:00 205 0

Eyvanda paltar qurutmayın  Allergiyası olanların diqqətinə

Bəzi çiçəklərə qarşı allergiyası olan şəxslərə eyvanlarda paltar qurutmamaq məsləhət görülüb.

Son.az medicina.az-a istinadən xəbər verir ki, həkimlər may-iyun aylarında bir sıra çiçəklərin tozlarının allergiyaya səbəb olduğunu bildirir.

Qeyd olunur ki, bu müddət ərzində şəhər kənarına çıxmaq, ot biçmək, səhər erkən saatlarda və günün quru vaxtlarında küçədə çox olmaq məsləhət görülmür.

Allergiyadan qurtulmaq üçün evə gəldikdən sonra duş qəbul etmək tövsiyə edilib.