Rusiyalı idmançının oğlu anasını öldürdü


Digərləri 13 İyn 2019 23:16:00 217 0

Rusiyalı idmançının oğlu anasını öldürdü

Xokkey üzrə Rusiya millisinin sabiq üzvü Maksim Sokolovun 18 yaşlı oğlu anasını öldürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Romanovka qəsəbəsində qeydə alınıb.

Cinayət Sokolovun kiçik oğlunun gözü qarşısında baş verib. Hadisədən xəbər tutan kimi evə gələn qonşular qadının meyitini və onun yaralı oğlunu aşkarlayıblar.

Qeyd edək ki, anası İrinanı öldürən kiçik Maksimin özü də xokkeylə məşğuldur. O, "SKA-1946" klubunun üzvüdür. Hazırda oğlan xəstəxanadadır. Qətldə istifadə edilən silah isə ekspertizaya göndərilib.