Bazar günü xəstəxanaya düşənlər həyatını riskə atır Yaxşı həkimlər işdə olmadığından...


Digərləri 13 İyn 2019 23:03:00 256 0

Bazar günü xəstəxanaya düşənlər həyatını riskə atır  Yaxşı həkimlər işdə olmadığından...

Bütün dünyada "həftəsonu effekti" adlanan problem çoxsaylı xəstələrin vaxtında normal tibbi yardım almamasına, hətta çox xəstələrin ölümünə səbəb olur.

Nədir bu problem? Bazar və bayram günləri qəfildən vəziyyəti pisləşən xəstə xəstəxanaya çatdırılmasına baxmayaraq, ən yaxşı həkimlərdən yardım ala bilmir. Çünki həmin həkimlər bazar günü işləmir və xəstə növbədə qalan həkimdən asılı olur. Məlumdur ki, adlı-sanlı seçilən həkim və cərrahlar bazar növbəsində olmur. 

Son.az medicina.az-a istinadən bildirir ki, İngiltərə Tibb məktəbinin əməkdaşları bu problem ətrafında geniş araşdırmalarını yekunlaşdırıb.

Onlar dünyanın 11 ölkəsindən 640 milyon hospitalizasiya hadisəsini araşdırıb. 

Məlum olub ki, şənbə-bazar və bayram günləri xəstəxanaya çatdırılan xəstələr arasında həftənin digər günləri daxil olan xəstələrə nisbədən ölüm faizi 20% çoxdur.

Ən pis vəziyyət çanaq oynağının dəyişilməsi ilə bağlı əməliyyat üçün müraciət edənlərdə qeydə alınıb.

Bazar günləri icra olunan bu əməliyyatlarda ölüm faizi 70% olub.