Rusiya narahatdır: ABŞ əlavə qoşun göndərir


Dünya 13 İyn 2019 22:31:00 186 0

Rusiya narahatdır: ABŞ əlavə qoşun göndərir

Rusiya hərbçiləri ABŞ-ın Polşaya əlavə hərbi kontingent yerləşdirməsi planını analiz edir və ölkəmizin təhlükəsizliyi ilə bağlı tədbirlər görür.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Hərbçilərimiz məsələni diqqətli şəkildə izləyir. Onların ölkəmizin təhlükəsizliyi üçün çalışdığından heç kimin şübhəsi olmasın", - deyə sözçü bildirib.

Qeyd edək ki, ABŞ-ın Polşaya PUA-lar daxil olmaqla, əlavə hərbi texnikalar, canlı qüvvə yeridəcəyi barədə məlumatlar yayılmışdı.