Azərbaycanda avtomobil zavodu istehsalı 3 dəfə artıracaq


Digərləri 13 İyn 2019 22:13:00 239 0

Azərbaycanda avtomobil zavodu istehsalı 3 dəfə artıracaq

2019-cu ildə "Khazar" avtomobillərinin istehsalının artırılması gözlənilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərmaş" ASC-dən bildiriblər.

Məlumata əsasən, müəssisədə "Peugeot 206" və "Peugeot 207" modellərinin istehsalını təşkil etmək planlaşdırılır.

İxraca gəldikdə isə qeyd olunub ki, hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparılır, prosesin yaxın aylarda təşkil olunacağı gözlənilir.

Şirkətdən bildirilib ki, 2019-cu ilin əvvəlindən 300 avtomobil satılıb. Ötən il mindən çox avtomobil istehsal olunub ki, onlardan 95 faizi satılıb.