Mənzildə kişi meyiti tapılıb


Digərləri 13 İyn 2019 21:27:00 195 0

Mənzildə kişi meyiti tapılıb

Binəqədidə mənzildə 58 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​