Ekspert: "BakıMoskvaTehran sammitində "ŞimalCənub” dəhlizinin reallaşdırılması müzakirə olunacaq"


Siyasət 13 İyn 2019 21:14:00 259 0

Ekspert: "BakıMoskvaTehran sammitində "ŞimalCənub” dəhlizinin reallaşdırılması müzakirə olunacaq"

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi reallaşdırılmanın ilkin mərhələsindədir, amma dəmir yolu yük daşımaları baxımından mövcud reallıqlarda aktuallığını qoruyur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı iqtisadçı Aleksandr Karavayev TREND İnformasiya Agentliyində keçirilmiş ""Şimal-Cənub" nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri" mövzusunda Moskva-Bakı videokörpüsü zamanı deyib.

O bildirib ki, tərəfdaş ölkələrin nəqliyyat dəhlizinə qoşulması fikri trans-regional əməkdaşlıq baxımından çox aktuallaşıb:

"Eyni zamanda, bu layihənin reallaşdırılmasının birinci və vacib elementi Bakı-Moskva-Tehran müstəvisində münasibətlərin inkişafıdır. Hesab edirəm ki, avqustda Moskvada baş tutacaq üçütərəfli sammitdə üç ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas trendləri nəzərdən keçiriləcək".