Polis restoranı tərk etməyən dilənçini “kəllələdi”


Dünya 13 İyn 2019 21:09:00 215 0

Polis restoranı tərk etməyən dilənçini “kəllələdi”

Rumıniyanın qərbində yerləşən Qatay şəhərində polis restoranın açıq terrasına daxil olmuş dilənçini döyüb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin həvəskar görüntüsü "Liveleak" videoportalında yayılıb.

Kadrlarda polis əməkdaşının dilənçiyə yaxınlaşaraq ona başı ilə ağır zərbə endirdiyini görmək olur.

Görüntünün sosial şəbəkələrə sızaraq, bir milyondan çox baxış sayı qazanmasından sonra hadisə ilə əlaqədar araşdırma başlanılıb, adı açıqlanmayan polis əməkdaşı müvəqqəti olaraq xidmətdən kənarlaşdırılıb.