Ekspert: Bakı-Moskva-Tehran sammitində "Şimal-Cənub” dəhlizinin reallaşdırılması müzakirə olunacaq


Digərləri 13 İyn 2019 21:04:26 181 0

Ekspert: Bakı-Moskva-Tehran sammitində "Şimal-Cənub” dəhlizinin reallaşdırılması müzakirə olunacaq

"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi reallaşdırılmanın ilkin mərhələsindədir, amma dəmir yolu yük daşımaları baxımından mövcud reallıqlarda aktuallığını qoruyur

Bakı. Mətanət Nəsibova - "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi reallaşdırılmanın ilkin mərhələsindədir, amma dəmir yolu yük daşımaları baxımından mövcud reallıqlarda aktuallığını qoruyur. Bunu rusiyalı iqtisadçı Aleksandr Karavayev TREND İnformasiya Agentliyində keçirilmiş ""Şimal-Cənub" nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri" mövzusunda Moskva-Bakı videokörpüsü zamanı deyib. O bildirib ki, tərəfdaş ölkələrin nəqliyyat dəhlizinə qoşulması fikri trans-regional əməkdaşlıq baxımından çox aktuallaşıb: